Niyə AzərSayt?

Ən başlıca buna görə ki, Azərbaycanda ilk və yeganə saytdır ki, özünün deyil, reklamçının xeyrinə çalışır! Necə?
Belə ki, AzərSayt ilk və yeganə saytdır ki, reklamçıdan aylıq reklam pulu almır. Reklamı göstərdiyinə görə pul alır.
Diqqət edin:
Ola bilər siz hansısa saytda reklamınızın dərci üçün aylıq pul ödəyirsiniz. Reklamınıza baxan olsa da siz həmin pulu verməlisiniz, baxan olmasa da!
Amma AzərSaytda belə deyil. AzərSaytda sizin reklama baxan olmasa, sizdən pul alınmır. Çünkü biz reklamı nümayiş sayına görə qəbul edirik.
Üstəlik, qiymətlərə diqqət etmənizi rica edirik. Olduqca sərfəli, və hətta verdiyi servisə görə sıfır səviyyəsindədir.
Bütün bunlar bir tərəfə, biz hər bir reklam sahibinə özəl şifrə yaradaraq, istədikləri an daxil olub reklamlarının nümayiş olunma sayını oyrənə bilmələrini təmin edirik. *
Saytda və bloglarda da açıq-aşkar göründüyü kimi, AzerSayt ziyarətçiləri və istifadəçiləri Azərbaycanın daxilində və xarici ölkələrdə yaşayan müxtilf yaş qruplarına aid olan insanlardan ibarətdirlər ki, müxtəlif sahə və zəminələrdə fəaliyyət göstərirlər.
İstifadəçilərin müxtəlif sahələrdə hər gün yüzlərlə yazıları dərc edilir. Bunları oxumaq üçün isə dünyanın hər tərəfindən hər gün minlərlə insan bu bloglara daxil olur və onların ilk gördükləri blogların yuxarı hissəsində yerləşdirdiyimiz reklamlar olur.

Bu məntiqlə, AzərSayt müxtəlif təşkilatlar və bizneslər üçün ən uyğun və əlverişli reklam yeri sayıla bilər.

AzərSayt mütəxəssisləri, ölkənin iqtisadi durumunu araşdıraraq, reklam sahbilərinə ən uyğun şərtlər və insaflı qiymətlər tətbiq edirlər.

Üstəlik, reklamların nümayişi müasir proqram dili ilə tənzimləndiyi üçün, blog sahibləri və onların oxucuları tərəfindən də mənfi qiymətləndirilmir və onların yazılarının nümayişinə heç bir neqativ təsir buraxmır.
Blogdakı reklmlar, hər dəfə hər səhifə açıldıqda göstərilməyə başlanır və 120 saniyədən sonra avtomatik olaraq bağlanır.
Məhz bunun üçün də, dediyimiz kimi nə oxucuya, nə də istifadəçiyə mənfi təsir buraxmır.


Reklamların harada və necə göstərilməsi


Reklamların ölçüsü, dünya standardlarına uyğun olaraq, 120PX x 240PX-də olur və reklam sahibinin tələbinə uyğun saytın ana səhifəsi və bloglarda göstərilir.


Bloglarda reklam qiymətləri


Plan Nümayiş sayı Qiymət (AZN )
A 100.000 dəfə 100
B 300.000 dəfə 200
C 500.000 dəfə 300

AzerSayt-ın ilk səhifəsi sağ hissədə reklamın qiyməti isə eyni ölçüdə olaraq, nümayiş sayına görə deyil, sadəcə aylıq 150 Manatla hesablanır.
Həmçinin ilk səhifənin ən aşağı hissəsində 728PX x 90PX ölçülü reklamların da qyiməti aylıq 150 Manatla hesablanır.



Reklmaın ölçü və həcmi


Reklamların ölçüsü 120PX x 240PX-də, həcmi isə ən çoxu 20KB olmalıdır.
Şəkildə göstərilən kimi.


Şərtlərimiz


1. Reklam şəkilinin hazırlanması reklamçının üzərinədir. Amma lazım olduqda, AzərSayt əməkdaşları ayrıca bunu öhdəliklərinə götürə bilərlər.
2. Oxucuları aldadaraq hər hansı yalan məlumatlarla qeyri-qanuni fəaliyyətlər göstərən təşkilatların saytına yönəldən reklamlar qəbul olunmur.
3. Pornoqrafi və əxlaqsızlığı tərvic edən reklamlar qəbul olunmur.
4. Azərbaycanın dövlətçilik və milli mənafeyinə zidd olan reklamlar qəbul olunmr.


Reklam vermə yolu


Reklamlarınızın dərci və ya hər hansı ətraflı məlumat üçün AzerSayt Reklamlar Departmentinin məsulu Aynur Kərimova ilə bu adres vasitısi ilə əlaqə saxlaya bilərsiniz:
reklam@azersayt.com




* - Reklam sahibi, nümayiş sayılarını istədiyi vaxt görə bilmək üçün lazım olan özəl şifrəli panel istədiyi təqdirdə, sifariş qiymətinə əlavə olaraq 15 Manat da ödəməlidir.
Bu servis (C) planı üçün ücrətsizdir.








Bütün hüquqlar qorunur və AzTap! Qrupuna aiddir. Aztap!-dan: AzTap!  |  AzerSayt  |  GörüşYeri  |  AzerFayl